Etalon
Etalon (fr. etalon) — müəyyən edilmiş qayda ilə təsdiq edilmiş, yenidən istehsal və saxlanması üçün istifadə edilən fiziki ölçü vahidi
1)meyar, müəyyən edilmiş ölçü vahidinin dəqiq nümunəsi;2) məcazi mənada: hər hansı bir şey üçün ölçü nümunəsi, müqayisə üçün nümunə, əyar;3) ölçü vahidlərinin elm və texnikanın səviyyəsinə müvafiq böyük dəqiqliklə əks etdirilməsinə, saxlanılmasına və verilməsinə xidmət edən ölçü nümunəsi və ya ölçü cihazı. Məsələn, metrin etalonu.
Milli etalon — ölkə daxilində istifadə üçün rəsmi qəbul edilmiş etalon.
Beynəlxalq etalon — beynəlxalq razılaşma nəticəsində qəbul edilmiş etalon.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.